Poroşenko “Əliyev modeli”ni seçir UKRAYNA NAZİRİNDƏN BƏYANAT

Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri başa çatıb. Ondan dərhal sonra Bakıdakı görüşlərdə Ukraynanın dövlət başçısını müşayiət etmiş infrastruktur naziri Vladimir Omelyan özünün “Feysbuk” səhifəsində Azərbaycanın inkişafı ilə bağlı heyranlığını ifadə edib.

Bəs o, Pyotr Poroşenkonun ölkəmizə səfərinin nəticələrini necə qiymətləndirir? Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin genişlənməsi və dərinləşməsi ilə bağlı hansı yeni planlar mövcuddur?

Ukrayna naziri Vladimir Omelyan virtualaz.org-un xüsusi müxbiri İrina Mixaylenkoya verdiyi eksklüziv müsahibəsində bu və digər sualları cavablandırıb:

- Bu, sizin Azərbaycana ilk şəxsi gəlişiniz idi. Gördükləriniz haqqında təəssüratlarınız necədir?

- Səfər haqqında təəssüratlarım yüksəkdir. Orada infrastrukturun inkişaf səviyyəsi, yolların keyfiyyəti və qəbul edən tərəfin qonaqpərvərliyi mən, sözün yaxşı mənasında, təəccübləndirdi. İnfrastruktur xüsusilə peşəkar maraq kəsb edir. Biz Ukraynada İnfrastruktur Nazirliyinin fəal surətdə tətbiq etdiyi islahatların reallaşdırması zamanı Azərbaycan təcrübəsi ilə birmənalı şəkildə maraqlanacağıq.

- Bakıdakı rəsmi görüşlər, o cümlədən Azərbaycan prezidentinin iştirakı ilə baş tutmuş görüşlərlə bağı şəxsi təəssüratlarınız necədir?

- Mən Azərbaycan tərəfinə gördüyüm xoş qarşılanma, əməkdaşlığa göstərilən maraq və səmimilik üçün təşəkkür edirəm. Mən Azərbaycan prezidenti İlham Əliyevə ayrıca təşəkkür etmək istərdim. Biz onun Azərbaycan-Ukrayna münasibətlərində tutduğu o mülayim notu, dostluq və konstruktiv dialoqa açıq olmasını çox yüksək qiymətləndiririk.

Ölkələrimiz arasında əməkdaşlıq çox əhəmiyyətli strateji xarakter daşıyır. Xüsusilə xoşdur ki, söhbət abstrakt danışıqlardan deyil, dövlət səviyyəsində konkret birgə layihələrdən və həmçinin biznes nümayəndələrinin aktiv əməkdaşlığından gedir.

İnanıram ki, biz vahid nəqliyyat strategiyası işləyib hazırlaya biləcəyik. Bu, müxtəlif nəqliyyat növləri ilə daşınmaların həyata keçirilməsi şərtlərinin optimallaşdırması üzrə qərarların koordinasiyasını nəzərdə tutan qarşılıqlı sərfəli tarif siyasətini formalaşdırmağa imkan verəcək: dəmir yolu, avtomobil, bərə yolları…

- Bir az da konkret desək, Pyotr Poroşenkonun Bakı səfərinin nəticəsində Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinin genişləndirilməsi və möhkəmləndirilməsi üzrə yeni planlar meydana çıxdımı?

- Biz Azərbaycan Nəqliyyat Nazirliyi ilə danışıqlar apardıq və çox maraqlı razılaşmalara nail olduq. Birincisi, Azərbaycan şirkətləri Ukrayna yollarının tikintisi üzrə tenderlərdə iştirak etməyə hazırdır. İkincisi, Azərbaycanın İpək yolu, onun cənub qolunun keyfiyyətli tikintisinə nail olmaq kimi böyük arzusu var. Bizim öz bərələrini verməyə, Qara dəniz və Xəzər vasitəsilə ümumi logistikadan istifadə etməyə hazır olan liman operatorları ilə razılaşmalarımız var.

- Bununla bağlı Ukrayna ekspertlərinin yeni İpək yolu layihəsinin perspektivsiz olması barədə iddialarını necə şərh edərdiniz? Çünki martın sonunda Ukraynadan Çinə yeni marşrut üzrə göndərilmiş Ukrayna– Gürcüstan – Azərbaycan – Qazaxıstan – Çin qatarı sifarişlər olmadığına görə Koreya Xalq Respublikasında qalmışdı.

- Mən öz qarşımda konkret məsələ qoymuşam – Ukraynaya tranzit dövlət statusunu qaytarmaq. Və yeni İpək yolu olan Çin - Ukrayna - Avropa İttifaqı bu işin istiqamətlərindən yalnız biridir. Eyni zamanda, biz onunla Avropa ittifaqı – Ukrayna - Qara dəniz- Fars körfəzi ölkələri marşrutu, həmçinin Baltik dənizi - Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizi üzərində işləyirik. Bütün bu istiqamətlər potensial baxımından çox maraqlıdır.

Onlar texniki cəhətdən yerinə yetirilib, iqtisadi cəhətdən əsaslandırılıblar. İndi tək problem bütöv logistikanı təmin etməyə hazır olan kiçik komandanın formalaşmasıdır.

Biznes tələb edir ki, onların malı "A" nöqtəsindən “B” nöqtəsinə qədər 8 gün müddətinə konteynerin dəyəri ilə birgə, məsələn, 3 və ya 4 min dollara çatdırılsın.

Bundan başqa, öz ərazisindən Ukrayna mallarının tranzitinə əlavə məhdudiyyətlər qoyan Rusiya Federasiyası prezidentinin bu yaxınlardakı fərmanının elanı, Ukrayna mallarının çatdırılmasının alternativ marşrutu kimi Rusiya Federasiyasından yan keçərək yeni İpək yolundan istifadə variantının müzakirəsi üçün əsas oldu.

 

Bizimesr.az 


Загрузка...


Oxunub: 26700 dəfə