Sosialist Əməyi Qəhrəmanı Sabir Əhmədov ad günündə dünyasını dəyişdi

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 17 iyn 2016 [11:43]

Sosialist Əməyi Qəhrəmanı Sabir Əhmədov dünyasını dəyişib.

Mərhumun yaxınlarının Virtualaz.org saytının Şirvan bürosuna verdikləri məlumata görə, Sabir Əhmədov 1933-cü ilin iyunun 16-da Salyan rayonunda anadan olub. Ötən gün qohum-əqrəba onun 83 yaşını qeyd etmək üçün toplaşıb, amma səhhəti qəfildən pisləşib və xəstəxanaya çatdırılsa da keçinib.

Bu gün isə Salyan RİH-də Sabir Əhmədovun yubileyi münasibətilə tədbir keçirilməsi nəzərdə tutulubmuş.

Qeyd edək ki, ötən əsrin 70-80-ci illərində ən məşhur pambıqçılıq ustalarından olan Sabir Əhmədov uzun illər Salyan rayonunun “Yeni Muğan” kolxozunda pambıqçılıq briqadiri olub. Onun əməyi dəfələrlə yüksək dövlət mükafatlarına layiq görülüb. S.Əhmədov Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin.

Bizimesr.az


Загрузка...


Oxunub: 4310 dəfə