General Dadaş Rzayev: “Azərbaycan daha sarsıdıcı zərbə vurmalıdır…

 Aprelin ilk günləri Qarabağda başlayan müharibə Azərbaycan tərəfinin strateji əhəmiyyətli bir neçə təpə və yüksəkliyi almasından sonra atəşkəslə başa çatdı.

 Ancaq Azərbaycan cəmiyyətində belə əminlik var ki, atəşkəs işğal altındakı ərazilərimizin dinc yolla geri qaytarılmasına kömək etməyəcək və ordumuz erməni işğalçılarını  ərazilərimizdən çıxarmaq üçün hərbi əməliyyatları davam etdirməlidir.

 Mövzu ilə bağlı keçmiş müdafiə naziri Dadaş Rzayevin fikirlərini öyrənməyə çalışdıq. Sabiq nazirinvirtualaz.org-a müsahibəsini təqdim edirik:

 – Bir neçə gün davam edən döyüşlərdən sonra atəşkəs elan edildi. Sizcə atəşkəsdən sonra problemin həlli üçün hansı addımlar atılmalıdır?

 – Atəşkəs elan olundu, razılığa gəldilər, amma ermənilər indi də atəşkəsi pozurlar. Dünən oxudum ki, ermənilər atəşkəsi 120 dəfə pozub və cavab atəşi ilə susdurulublar. Deməli bizim ordunun verdiyi dərsi onlar başa düşmədi. Əgər belə davam etsələr, bir hərbçi kimi hesab edirəm ki, Azərbaycan ermənilərə daha sarsıdıcı zərbə vurmalıdır ki, Qarabağ məsələsi bir dəfəlik həll olunsun.

 – Qeyd etdiniz ki, Ermənistana daha ciddi zərbə vurulmalıdır. Bunun üçün Azərbaycan ordusu daha hansı silahları almalıdır?

 – Hazırda Azərbaycan ordusunun sərəncamında Ermənistanın Qarabağdakı işğalçı qüvvələrinə sarsıdıcı zərbə vurmaq üçün bütün lazım olan silahlar, hərbi texnika var. Gördüyünüz kimi ermənilər indi Azərbaycanın 4 günlük hərbi əməliyyatlarda tətbiq etdiyi yeni silahlarla bağlı böyük vay-şivən qaldırıblar. Hansı ki, hələ bizim ordumuz arsenalındakı silahların çox cüzi hissəsini tətbiq edib. Əminəm ki, silahlı qüvvələrimizin daha da gücləndirilməsi və ən yeni silahlarla təchiz edilməsi bundan sonra da davam edəcək.

 – Qarşı tərəf könüllülərdən ibarət dəstələr yaradır. Azərbaycanda da könüllülərin cəlb edilməsinə başlamaq lazım gəlirmi?

 – Ermənilərdə resurs yoxdur, insan resursları məhduddur. Onların 1,5-2 milyon əhalisi var. Bizim əhalimiz isə 10 milyona yaxınlaşır. Bizim potensialımız çox yüksəkdir. Onlar da bunu başa düşür və oradan-buradan könüllülər, muzdlular gətirirlər. Amma hamısı boş şeydir. Azərbaycan ordusunun zərbələri qarşısında tab gətirməyib hamısı qaçacaq. Bizdə könüllü dəstəsi yaratmağa ehtiyac yoxdur. Ordumuz kifayət edir.

 Bizimesr.az


Загрузка...


Oxunub: 27080 dəfə